"Haber Global"ın əməkdaşı öldürüldü

Haber Globalın əməkdaşı öldürüldü
Hadisə 744

Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş silahlı hücumda həyatını itirib.

Oxu.Az bu barədə telekanala istinadən məlumat verir.

Bildirilir ki, Kurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə saxlanılıb.

Məlumata görə, "Haber Global"ın əməkdaşı avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, kafeyə tərəf gedərkən dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb. O, tərəfləri sakitləşdirməyə çalışıb.

Sonradan dostu ilə kafedən çıxan Məhərrəm Can Kurtuluş maşınına minib və dayanacaqdan çıxarkən mübahisə etdiyi 4 şübhəli maşının qarşısını kəsib. Onlar maşından düşən "Haber Global"in əməkdaşını güllələyiblər və hadisə yerindən qaçıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.

Polis bildirib ki, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 ədəd tərəzi və 1 kilo 200 qram narkotik vasitə götürülüb.

Oxşar xəbərlər

Bayram günü cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Bayram günü cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb. BAKU.WS  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, dekabrı...

34 Hadisə 11:00 01 yanvar 2026

Son xəbərlər