Gürcüstandan Azərbaycana gələn yük qatarında tüstülənmə olub
Bu gün səhər saatlarında Şəmkir stansiyasının ərazisində Gürcüstandan Bakıya gedən yük qatarının bir vaqonunda tüstülənmə qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Tüstülənmə qısa zamanda aradan qaldırılıb, digər vaqonlar mühafizə olunub.
Hadisənin 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verdiyi müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qubada yol tamamilə çökdü
Qubada yolun çökməsi nəticəsində ərazidə hərəkət və qarşı tərəflə əlaqə kəsilib. BAKU.WS xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Gö...