Gürcüstanda komandir azərbaycanlı əsgəri döyüb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda hərbi xidmətdə olan milliyyətcə azərbaycanlı olan əsgər komandiri tərəfindən döyülüb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, insident fevralın 1-də baş verib.
Hadisəyə səbəb komandirin əsgərə irad bildirməsi olub. Daha sonra əsgərə qarşı fiziki zorakılığa yol verilib.
Əsgərin ağır travma almadığı bildirilir.
Gürcüstanın yerli “Mtavari arxi” televiziya kanalının yaydığı məlumata əsasən, döyülən əsgər Marneuli rayonundan hərbi xidmətə çağırılan Yusif Keçəlovdur. Kanal iddia edir ki, əsgəri beş nəfər döyüb və hadisədən sonra o, xəstəxanaya yerləşdirilib.
Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib ki, əsgərə qarşı fiziki zorakılıq faktı üzrə araşdırma başlayıb. Araşdırmanı nazirliyin Hərbi polis departamenti aparır.
Qurumdan bildirilib ki, günahkarlara qarşı qanunla nəzərdə tutulan bütün tədbirlər həyata keçiriləcək.
Oxşar xəbərlər
Gürcüstanda insident: Azərbaycanlı hərbçi xəstəxanaya yerləşdirilib
Gürcüstanın Krtsanisi hərbi təlim mərkəzində insident baş verib.BAKU.WS report-a istinadən xəbər verirki, insident zamanı çağırışçılardan 20 yaşlı Elcan Əfəndi...