Gürcüstanda insident: Azərbaycanlı hərbçi xəstəxanaya yerləşdirilib

Gürcüstanda insident: Azərbaycanlı hərbçi xəstəxanaya yerləşdirilib
Hadisə 760
Gürcüstanın Krtsanisi hərbi təlim mərkəzində insident baş verib.BAKU.WS report-a istinadən xəbər verirki, insident zamanı çağırışçılardan 20 yaşlı Elcan Əfəndiyev huşunu itirib.Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, mərkəzdə mübahisə yaranıb və emosional fonda çağırışçılardan biri özünü pis hiss edib və o, xəstəxanaya çatdırılıb. Qeyd olunub ki, çağırışçı travma almayıb və yaxın vaxtlarda tibb müəssisəsindən buraxılacaq.E.Əfəndiyevin yerləşdirildiyi Rustavi Şəhər Xəstəxanasından isə bildirilib ki, çağırışçı müalicəsini hərbi hospitalda davam etdirəcək.Tibb müəssisəsindən qeyd olunub ki, pasiyent klinikaya saat 14:10-da daxil olub və onun üzərində heç bir xəsarət qeydə alınmayıb. Kompüter tomoqrafiyası da pasiyentdə hər hansı bir zədənin olduğunu müəyyən etməyib.Yayılan digər məlumatlara əsasən, E.Əfəndiyev serjantı tərəfindən ağır formada döyülüb.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gürcüstanda "donuz qripindən" ölənlərin sayı artır

Gürcüstanda "donuz qripindən" ölənlərin sayı artır

Gürcüstanın Zuqdidi Şəhər Xəstəxanasında 41 yaşlı kişi qrip virusundan ölüb.BAKU.WS report-a istinadən xəbər verir ki, kimliyi açıqlanmayan həmin şəxs xəstəxana...

1382 Siyasət 13:45 18 yanvar 2019

Son xəbərlər