Azərbaycanlı bir yumruqla ABŞ əsgərini xəstəxanalıq etdi
16
iyn
2018
11:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Litvanın Kaunas şəhərində ABŞ əsgəri azərbaycanlılar tərəfindən döyülüb.APA-nın “Timeturk”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Kaunas şəhər polisi məlumat yayıb.Məlumatda deyilir ki, Litvada NATO-nun “Saber Strike 2018” irimiqyaslı təlimlərinə qatılan ABŞ əsgəri və iki Azərbaycan vətəndaşı arasında gecə saatlarında mübahisə yaşanıb.Laisves yolunda qeydə alınan dava zamanı ABŞ əsgəri uniformada olmayıb.Açıqlamada qeyd edilib ki, azərbaycanlılardan biri ABŞ əsgərinin üzünə yumruqla xəsarət yetirib. Davanın hansı səbəbdən baş verməsi haqda məlumat yoxdur.Xəsarət alan ABŞ əsgəri xəstəxanaya yerləşdirilib. Əsgərə xəsarət yetirən Azərbaycan vətəndaşlarından biri saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Lənkəranda kütləvi dava olub, xəsarət alanlar var
Lənkəranda kütləvi dava olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki bazar ərazisində, çayxanada qeydə alınıb.Tükəvilə-Bazar xətti...