"Günəşli” yatağındakı yanğının görüntüləri yayıldı (VİDEO)

Günəşli” yatağındakı yanğının görüntüləri yayıldı (VİDEO)
Video
Hadisə 1727

 

Ötən gün "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. 

BAKU.WS-in məlumatına görə, saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib.

Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri  "Vixr-5” yanğınsöndürmə  gəmisinə təxliyyə ediblər. 

Yanğın hadisəsinin videosunu təqdim edirik: 

Nazim Babayev

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər