Günəşli faciəsinin qurbanlarının anım mərasimi zamanı qorxulu anlar (VİDEO)

Günəşli faciəsinin qurbanlarının anım mərasimi zamanı qorxulu anlar (VİDEO)
Video
Hadisə 2922

Dekabrın 7-də Bakı bulvarında "Günəşli” yatağında həlak olan və itkin düşən neftçilərin anım mərasimi keçirilən ərazidə gənc oğlan qəfildən özünü suya atıb.

BAKU.WS-in məlumatına görə, oğlan suya atılandan sonra bulvar ərazisində olan insanlar təşvişə düşüblər. Oğlanı xilas etmək üçün 2 oğlan könüllü olaraq suya tullanıblar. Oğlanlar özünü suya atan şəxsi xilas ediblər. Ehtimal olunur ki, həmin oğlan neftçilərdən birinin yaxınıdır. Baş verənlər hadisə şahidləri tərəfindən mobil telefon vasitəsilə çəkilib və həmin görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, həmin gün bir qadın da özünü dənizə atıb. Hələlik şəxsiyyəti bəlli olmayan 35-40 yaşlarında bir qadın estekadadan özünü dənizə atıb. Qadının boğulduğunu görən ətrafdakı insanlardan iki gənc oğlan onu xilas etməyə can atıb. Qadını köməkliklə kənara çəkən gənclər rezin su borusu ilə yuxarı qalxmağa çalışıblar. Lakin boru onların ağırlığına tab gətirməyib. Bu ərəfədə isə Dövlət Sularında Xilasetmə Xidmətinə də məlumat verilib. Xidmətin xilasedici kater birqadası suda olan hər üç nəfəri yedəyə alaraq, sahilə çıxarıb. Daha sonra təcili tibbi yardım briqadası ilə onlar xəstəxanaya aparılıblar.

BAKU.WS İlhamə Allahverdiyevanın Facebook səhifəsində paylaşdığı videonu təqdim edir: Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər