“Gül Vüqar”ı öldürən şəxsə hökm oxundu

“Gül Vüqar”ı öldürən şəxsə hökm oxundu
Hadisə 2097
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS report-a istinadən xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.İttiham aktına görə, bu il mayın 24-də Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi V.Novruzov tərəfindən bıçaqlanıb. V.Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, mərhum V.Quliyev Sumqayıtda gül biznesi ilə məşğul olub və onun şəhərin bir neçə yerində gül dükanı var. O, Sumqayıtda “Gül Vüqar” kimi tanınıb.Hadisəyə gəldikdə, V.Novruzov bir müddət əvvəl işdən çıxarılıb, lakin axşam saatlarında mağazaya gələrək V.Quliyevin kürək nahiyəsindən bıçaqla zərbələr endirib.BAKU.WS

Son xəbərlər