Güclü yağışlar Qazaxda selə səbəb oldu - VİDEO
27
may
2024
09:42
Son zamanlar ölkədə davam edən anomal hava şəraiti yaşayışı iflic edib.
BAKU.WS xəbər verir ki, bu dəfə Qərb bölgəsində kəskin yağan yağışlar Qazax rayonunu daşqına məruz qoyub.
Rayonun fərqli yerlərini su basıb. Şəhərin mərkəzi parkından axan Ağstafa çayda su artaraq kənarlara daşıb.
Daşqınlar rayonun Abbasbəyli kəndində də qeydə alınıb.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.
Sözügedən vidoenu təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...