Güclü külək rayonlarda bəzi fəsadlar yaradıb

Güclü külək rayonlarda bəzi fəsadlar yaradıb
Hadisə 46

Dünən gecə başlayan güclü külək rayonlarında bəzi fəsadlar yaradıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, şiddətli külək səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qəbələ, İsmayıllı və Göyçay rayonlarında küləklə əlaqədar elektrik enerjisinin verilməsində tez-tez açılmalar olub, hazırda Göyçay rayonunun bəzi hissələrində hələ də enerjinin verilməsində məhdudiyyətlər var.

Dünən Göyçay Yanğından Mühafizə Hissəsi külək səbəbindən ümumilikdə 9 çağırışa çıxıb.

3 hektardan çox kolluq və qamışlıq əraziyə vaxtında müdaxilə edilərək baş verə biləcək fəsadların qarşısı alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər