Goranboyun yaşayış məntəqələrinə elektrik enerjisinin nəqli bərpa edilib - YENİLƏNİB

Goranboyun kənd və qəsəbələrinə elektrik enerjisinin verilməsi bərpa olunub.
Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən bildirilib.
Qeyd edilir ki, enerjinin nəqlindəki fasilədən dərhal sonra təmir bərpa briqadaları əraziyə yollanıb. ASC əməkdaşlarının səyi nəticəsində bütün kəndlərin elektrik enerjisi təchizatı bərpa edilib
Qeyd edək ki, küləkli hava şəraiti səbəbindən dünən axşam rayonun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranmışdı.
***09:28
Küləkli hava şəraiti səbəbindən Goranboyun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, dünən axşam saatlarından başlayan güclü küləklə əlaqədar Qızılhacılı qəsəbəsində, Balakürd, Eyvazlı, Nərimanlı, Boluslu, Məşədiqaralar və daha bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Rayon ərazisində küləkli hava şəraiti davam edir.
Qeyd edək ki, həmçinin Gəncə şəhər və ətraf rayonlarda da güclü külək müşahidə olunur.
Qalereya
Oxşar xəbərlər
Güclü küləyin qırdığı ağac evin dam örtüyünü deşdi - VİDEO
Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti bölgələrdə də fəsadlara səbəb olub. Baku TV xəbər verir ki, Goranboyda axşam çağı güclənən külək rayonun Məm...
