Bakı səmasını tüstüyə bürüyən yanğın söndürüldü - YENİLƏNİB - VİDEO
Bakı şəhərinin Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
Əlavə məlumat veriləcək.
*** 11:34
Bakı səmasını bürüyən tüstünün mənbəyi məlum oldu.
BAKU.WS "Baku Tv"yə istinadən xəbər verir ki, yanğın Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə baş verib.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, yanğının nədən baş verdiyi hələlik məlum deyil. Həmçinin ərazinin relyefi mürəkkəb olduğundan yanğınsöndürənlər bura daxil olmaqda çətinlik çəkirlər. Yanğın təxminən 2 hektar qamışlıq ərazini əhatə edir və get-gedə genişlənir.
*** 10:50
Bakıda qamışlıq ərazi yanır.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, bataqlıq ərazidə təqribən 2 ha qamışlıq sahə yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
*** 10:20
Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yanğın başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...