Bakıda metro yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB - FOTO/VİDEO

“Ulduz” metrostansiyasının yaxınlığında baş verən yanğın söndürülüb.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 13:00 radələrində FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda “Ulduz” metrostansiyasının yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, ümumi sahəsi 800 kvadratmetr olan beton konstruksiyadan ibarət talvarın altında yerləşən yüngül metalların presləmə sexində tullantılar və bitum qalıqları yanır.
Yanğınsöndürənlər tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumilikdə 50 kvadratmetr sahədə metal tullantıları və bitum qalıqları yanıb.
Yanğından sex və dəzgahlar mühafizə olunub.
***13:44
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Ulduz" metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, təqribən 50 m² sahədə məişət tullantıları və mazut qalıqları yanır.
Əlavə məlumat veriləcək.
Qalereya
Oxşar xəbərlər
Bakının mərkəzində ticarət obyektlərində baş verən yanğın söndürülüb - YENİLƏNİB - 3 - VİDEO
Bakının Nərimanov rayonunda, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb. ***10.26 Bakı şəhəri, Nəriman...
