Göygöldə yük maşını evin hasarına çırpılıb, xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "SHACMAN" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Qəza zamanı yük maşını aşıb, yük yerində olan torqaq əraziyə dağılıb. Həmçinin, evin hasarı uçub. Yük maşının evin hasarına çırpılması zamanı 1 nəfər yüngül xəsarət alıb.
İlkin məlumata görə, qəzaya səbəb sürücün sərt döngədə düzgün manevir etməməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...