Göyçayda 34 yaşlı müəllim intihar edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayon sakini intihar edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb. Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb. Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda dəhşət! Dayı 18 yaşlı bacısı qızını başqa oğlanla Bakıya getdiyi üçün boğub öldürdü
Göyçayda 18 yaşlı qızın qətlə yetirildiyi məlum olub. BAKU.WS APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Göyçay rayonu Bığır kənd sakini, 2003-cü il təvəl...