Göyçayda 10-cu sinif şagirdi kanalda batıb

Göyçayda 10-cu sinif şagirdi kanalda batıb
Hadisə 151

Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyib.

Onun meyidinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-in Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.

Son xəbərlər