Goranboyda baş verən yol qəzasında 2 qardaş xəsarət alıb
Goranboyda baş verən yol-nəqliyyat hadisəsində 2 qardaş xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Goran yolu adlanan ərazisində qeydə alınıb.
Belə ki, Zeyvə kənd sakini, 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil 1987-ci il təvəllüdlü, Səfükürd sakini İnarə Həsənovanın idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub.
Qəzada N. Kərimov və onun qardaşı, 1999-ci il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Oxşar xəbərlər
Terrorçuluğu maliyyələşdirən iki nəfərə hökm oxundu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzr...