Gömrükdə əməliyyat — Külli miqdarda xarici valyuta ələ keçirildi
24
apr
2019
13:15
Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.BAKU.WS xəbər verir ki, Rusiya istiqamətindən komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun nəzarət zonasına daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Toyota Camry" markalı avtomobilə baxış keçirilib.Baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan karton qutudakı şüşə bankaların arasına yerləşdirilən düyü çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 3 milyon Rusiya rublu aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycana külli miqdarda elektron siqaret gətirənlər “ilişdi” – FOTO
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən "Qırmızı Körpü" gömrük p...