Azərbaycana külli miqdarda elektron siqaret gətirənlər “ilişdi” – FOTO

14
dek
2018
12:34
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E200" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən üzərində "Heets" yazısı olan 28 400 ədəd elektron siqaret aşkar edilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS


Oxşar xəbərlər
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı (FOTO)
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüs...