Gürcüstandan gələn avtomobildə marixuana aşkarlanıb

08
dek
2018
15:56
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, baxış zamanı sürücü sükanının sağ tərəfindəki külqabıdan iki bükümdə, ümumi çəkisi 6 qram olan narkotik vasitə - marixuana aşkar edilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Düz bağırsağında narkotik keçirmək istəyən şəxs Gömrükdə tutuldu
Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İrandan Azərbaycana gələn İran İslam Respublikasının vətəndaşı Mesgar Ali Mohammadesmaeil gömrük n...
