Gömrükçülər narkotik qaçaqmalçılığının qarşısını alıblar

Gömrükçülər narkotik qaçaqmalçılığının qarşısını alıblar
Hadisə 65

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə bildirilib ki, Bakı-Doha aviareysi ilə gedən sərnişinlərə məxsus baqajlara rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilərkən Maldiv Respublikası vətəndaşı Mohamed Naasırın çamadanın alt hissəsində şübhəli təsvirlər müşahidə olunub. Daha sonra kinoloji xidməti iti vasitəsilə çamadana baxış keçirilib və it çamadana reaksiya verib. Mohamed Naasır steril zonadan yoxlama otağına dəvət olunaraq ona məxsus çamadana əsaslı gömrük baxışı keçirilib. Yoxlama zamanı çamadanın alt hissəsinə yapışqanla bərkidilmiş sarı rəngli, yastı formalı sellofan paketin içərisindən gömrük nəzarətindən gizlədilən, açıq qəhvəyi rəngli toz şəklində, xalis çəkisi 3660 qram təşkil edən narkotik vasitə-heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Gömrükçülər narkotik qaçaqmalçılığının qarşısını alıblar

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər