Pakistan vətəndaşı ölkəyə çamadanda narkotik keçirmək istədi - FOTO
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakı-Doha aviareysi ilə gedən Pakistan İslam Respublikası vətəndaşı Umar Muhammada məxsus çamadanlar rentgen aparatından keçərkən monitorda şübhəli əşyaların təsviri əks olunub.
Bundan sonra həmin sərnişin steril zonada gömrük əməkdaşları tərəfindən saxlanılıb, müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama otağına dəvət edilib.
Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi geyim əşyaları boşaldılıb. Daha sonra çamadanın astarı, karton altlığı sökülüb və aşkar olunması çətinləşdirilmiş üsullardan istifadə etməklə çamadanın alt hissəsinə yapışdırılmış sellofan paket çıxarılıb. Baxış zamanı paketin içərisində gömrük nəzarətindən gizlədilən açıq qəhvəyi rəngli toz şəklində, kəskin qoxuya malik 4 kq 130 qram narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alınıb - FOTO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını al...