General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib

General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib
Hadisə 6718
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə getməsi məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələri üçün növbəti nümunəvi addım oldu. ADA Universitetinin bakalavriat pilləsini bitirən 1997-ci il təvəllüdlü Heydər Əliyev dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı "N” saylı hərbi hissəsində hərbi and içib.BAKU.WS “modern.az”a istinadən xəbər verir ki, dövlət orqanlarında ən yüksək postlardan birini tutan general-polkovnik Elçin Quliyev də övladını orduya göndərməklə nümunə göstərib. General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisidir.Belə ki, general Elçin Quliyevin oğlu Məhəmməd Quliyev ölkə başçısının 2018-ci il iyulun 1-dən 30-dək müddəti əhatə edən həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncamına uyğun olaraq orduya çağırılıb.O, Dövlət Sərhəd Xidmətinin ölkənin cənub zonasında yerləşən "N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Məhəmməd Quliyev bu yaxınlarda hərbi and içib və onun andiçmə mərasimində general-polkovnik Elçin Quliyevin özü də şəxsən iştirak edib.Qeyd edək ki, 1997-ci il təvəllüdlü Məhəmməd Quliyev 2003-2014-cü illərdə Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində orta təhsil alıb. 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 519 bal toplayaraq, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub.2018-ci ildə universitetin bakalavriat pilləsini başa vuran Məhhəməd Quliyev bu yaxınlarda hərbi xidmətə gedib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin 4 övladı var.BAKU.WS

Son xəbərlər