Gəncədən Moskvaya olan uçuş təxirə salındı - SƏBƏB
09
iyl
2025
23:15
Gəncə şəhər Beynəlxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması planlaşdırılan aviareys təxirə salınıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, saat 18:00-da həyata keçirilməsi gözlənilən uçuş sabah saat 12:00-dək təxirə düşüb.
İlkin məlumatlara əsasən, həmin aviareyslə 118 sərnişinin uçması nəzərdə tutulurdu. Sərnişinlərin bir qisminin Gəncə şəhərindəki hotellərə yerləşdirildiyi bildirilib.
Təxirə salınmanın səbəbinin təyyarədəki texniki nasazlıq olduğu ehtimal edilir.
Oxşar xəbərlər
Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd...