Gəncədə yük maşını piyadanı vurub

23
mar
2020
19:29
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı yük maşını yolu keçmək istəyən İbrahimov Ənvər Qulu oğlunu vurub.
Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun sağ ayağı amputasiya edilib. Hazırda piyadanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə piyadanı maşın vurub
Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alı...
