Gəncədə sərxoş sürücü qəza edib qaçdı, maşını məktəbin hasarına çırpdı - VİDEO

Gəncədə sərxoş sürücü qəza edib qaçdı, maşını məktəbin hasarına çırpdı - VİDEO
Video
Hadisə 455
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin “Poçt” qəsəbəsində qeydə alınıb.Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşını “VAZ 2106” markalı minik maşınına çırpılıb. Daha sonra “Opel”in sürücüsü hadisə yerindən qaçıb.Sürücü hadisə yerindən bir qədər aralıda idarəetməni itirərək avtomobili məktəbin hasarına çırpıb. Qeyd edək ki, qəzaya düşən hər iki avtomobil yararsız hala düşüb. “VAZ 2106”-nın sürücüsü Məhərrəmov Telman xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.İlkin məlumata görə, hadisə yerindən qaçan “Opel”in sürücüsü sükan arxasında sərxoş olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda zəncirvari qəza - 1 nəfər xəsarət aldı - VİDEO

Bakıda zəncirvari qəza - 1 nəfər xəsarət aldı - VİDEO

Yasamal rayonunda 3 avtomobil toqquşub.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə “20 yanvar dairəsi” kimi tanınan ərazidə qeydə alınıb. Belə ki, “Mercedes...

474 Hadisə 08:25 25 oktyabr 2019

Son xəbərlər