Gəncədə qadın yaşayış binasının III mərtəbəsindən yıxıldı
19
sen
2021
21:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon bina 21 ünvanında baş verib.
Göygöl rayon sakini, 1987-ci il təvəllüdlü Firəngiz Həsənova binanın 3-cü mərtəbəsindən yıxılıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Qadının pəncərənin şüşəsini silmək istədiyi zaman ehtiyatsızlıqdan yıxıldığı bildirilsə də, faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qadın pəncərənin şüşəsini silərkən 21-ci mərtəbədən yıxıldı
Bakıda qadın 21-ci mərtəbədən yıxılaraq ölüb. BAKU.WS xəbər verir ki, bu barədə "oxu.az"-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, hadisə d...