Gəncədə ana 2 aylıq uşağını körpələr evinə verib - FOTO - YENİLƏNİB
Bu gün hələlik adı adı məlum olmayan qadın 2 aylıq qız uşağını ilk olaraq Gəncə şəhərində fəaliyyət göstərən Körpələr Evinə vermək istəyib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, körpə 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına gətirilib və orada müayinə olunub.
Körpənin vəziyyəti normaldır, süni qida alır, hər hansı xəstəliyi yoxdur. Körpənin çəkisi 4kq-dan artıqdır, boyu 58 santimetrdir.
Qanunvericiliyə əsasən, Körpələr Evi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyinə keçdiyindən və Gəncə şəhərindəki Körpələr Evinin təmir səbəbindən fəaliyyət göstərməməsinə görə, uşağın hansı körpələr evinə yerləşdirilməsi məsələsinə baxılacaq və qərar veriləcək.
***18:50
Gəncə şəhərində 2 aylıq uşaq küçəyə atılıb.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, qız uşağı olan körpəni tanımadığı şəxslər tapıb və 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.
Körpə müayinə olunub və hazırda vəziyyəti normaldır. O, suni qida alır, hər hansı bir xəstəliyi yoxdur.
Körpənin çəkisi 4 kq-dan artıqdır, boyu 58 santimetrdir.
Qalereya
Oxşar xəbərlər
6 günlük körpəni nənəsi öldürməyibmiş: Uşağın əsl qatili BİLİNDİ
Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının ölümü ilə bağlı sözügedən kənddə yeni şayiələr yayılıb.BAKU.WS axar.az-a isti...