Gəncədə bıçaqlanan 31 yaşlı kişinin durumu açıqlandı

Gəncədə bıçaqlanan 31 yaşlı kişinin durumu açıqlandı
Hadisə 320

Gəncədə bıçaqlanan Kəlbəcər sakininin vəziyyəti açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Martın 22-də saat 02:10-da 1994-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə qarnın ön divarının daxilə keçən kəsilmiş, deşilmiş və sağ əlin 4-cü barmağının kəsilmiş yarası diaqnozları təyin olunub.

Ona zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda qeyd olunub.

*** 11:00

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Kəlbəcər rayon sakini, 1994-cü il təvəllüdlü V.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər