Gəncə hadisələrinə görə həbs olunan şəxs ölüb - RƏSMİ AÇIQLAMA

Gəncə hadisələrinə görə həbs olunan şəxs ölüb - RƏSMİ AÇIQLAMA
Hadisə 496
Penitensiar Xidmət məhkum Eşqin Quliyevin ölməsi faktı ilə bağlı açıqlama verilib.Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov BAKU.WS-ə açıqlamasında bildirib ki, Eşqin Zahid oğlu Quliyev Penitensiar Xidmətin tabeliyində olan müəssisəyə daxil olduğu gündən onda bir sıra infeksion viruslu xəstəliklər müəyyən edilib.“Bir müddətdir ki, Eşqin Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində bir sıra infeksion viruslu xəstəliklərdən müalicə alırdı.Sentyabrın 29-da isə uzun müddətli intensiv müalicələrə baxmayaraq vəfat edib. Onun ölüm səbəbi kimi İİV infeksiyası 4-cü klinik mərhələ, viruslu Heptatit C, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqnozu qoyulub”, M.Sadıqov bildirib..Qeyd edək ki, E.Qulieyin meyiti prokurorluq tərəfindən məhkəmə tibbi ekspertizadan keçirilir, daha sonra məhkumun meyiti yaxınlarına təhvil veriləcək.Xatırladaq ki, E.Quliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Oxşar xəbərlər

Azərbaycanda məhbuslara işgəncə verilməsilə bağlı məsələyə RƏSMİ AÇIQLAMA

Azərbaycanda məhbuslara işgəncə verilməsilə bağlı məsələyə RƏSMİ AÇIQLAMA

Penitensiar Xidmət sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin dustaqlara işgəncə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.BAKU...

753 Sosial 11:01 28 sentyabr 2019

Son xəbərlər