Hacı Məmmədov sabah dəfn olunacaq - Bacısı DANIŞDI

Hacı Məmmədov sabah dəfn olunacaq - Bacısı DANIŞDI
Hadisə 4926
Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dekabrın 5-də dəfn ediləcək.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə H.Məmmədovun bacısı Arifə Məmmədova məlumat verib.A.Məmmədova bildirib ki, H.Məmmədovun meyiti dekabrın 5-də Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsindən yaxınlarına təhvil veriləcək:"Bu gün bizə dedilər ki, hələ ekspertiza edilir, meyitdən analizlər götürülür. Axşamtərəfi vəkilimiz danışıqlar apardı və bizə dedilər ki, sabah əlaqə saxlayarsınız. Sabah əlaqə saxlayacağıq. Meyiti versələr səhər dəfn edəcəyik".A.Məmmədova bildirib ki, H.Məmmədov Saray qəsəbəsindəki qəbiristanlıqda dəfn edilməyəcək: "Məsləhətləşmələr aparırıq, ola bilsin ki səhər Yasamal qəbiristanlığında dəfn elədik".Qeyd edək ki, dekabrın 3-də H. Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Z.Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.BAKU.WS

Oxşar xəbərlər

Hacı Məmmədovun harada dəfn olunacağı bilindi

Hacı Məmmədovun harada dəfn olunacağı bilindi

Dünən intihar edən Hacı Məmmədov bu gün dəfn ediləcək.BAKU.WS-in qafqazinfo.az-a istinadən verdiyi məlumata görə, özünü asaraq öldürən H.Məmmədov bu gün saat 15...

2348 Hadisə 13:15 04 dekabr 2017

Son xəbərlər