Hacı Məmmədovun intiharı ilə bağlı cinayət işi başladı (VİDEO)

Hacı Məmmədovun intiharı ilə bağlı cinayət işi başladı (VİDEO)
Video
Hadisə 2034
Bakı Şəhər Prokurorluğunda DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.BAKU.WS xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.“Hazırda iş üzrə istintaq aparılır” - deyə əlavə olunub.Qeyd edək ki, həbsdə olan H.Məmmədov özünü asaraq intihar edib.Xatırladaq ki, H.Məmmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara kəmər” əməliyyatı ilə həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb.BAKU.WS

Oxşar xəbərlər

Hacı Məmmədov intihar edib (VİDEO)

Hacı Məmmədov intihar edib (VİDEO)

Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmməd...

13680 Hadisə 21:57 03 dekabr 2017

Son xəbərlər