Gədəbəydə 30 yaşlı kişinin gözünü çıxardılar
12
iyn
2019
22:49
Gədbəy rayonunda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, rayonun Qumru kənd sakini 1989-cu il təvəllüdlü Zamiq Həsənov bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə gətirilib.Hadisə şahidlərinin sözlərinə görə, Zamiq Həsənov Gədəbəy rayonunun “Narzan” restoranında yeyib içdikdən sonra piyvə içmək üçün başqa bir kafeyə yollanıb. Mübahisə də məhz orada baş verib. Digər masada əyləşənlərlə yaşanan mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan şəxs bıçağı Zamiq Həsənovun gözünə soxub. Sonuncu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Onun bir gözü əməliyyat edilərək götürülüb. Cinayəti törədən şəxs və yanında olan iştirakçılar isə hadisə yerindən qaçıblar. Hazırda polis onların şəxsiyyətini müəyyənləşdirmək üçün əməliyyat axtarış tədbirlərini davam etdirir.
Oxşar xəbərlər
Sumqayıt sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 18-ci mikrorayonu ərazisində, “Aylı gecə” şadlıq sarayının yaxı...