Gecə saatlarında BIÇAQLANMA: Yaşayış massivi ərazisində tanışının qanını tökdü
23
mar
2025
20:48
Gəncədə bıçaqlanma hadisəsi olub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, dünən saat 02 radələrində Nahid Səyyadov Gəncə şəhər "Yeni qəsəbə 1500" yaşayış massivi ərazisində tanışı Vasif Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb.
Bu zaman Nahid Səyyadov üzərində olan bıçaqla Vasif Məmmədovun qarın nahiyəsinə qəsdən zərbə vurub ona xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Nahid Səyyadovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsi...