Gecə əxlaqsızlıq təklifi aldı, hiddətlənib bıçaqladı - ALİ MƏHKƏMƏDƏN SON QƏRAR
Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən İ.Bünyatovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. İ.Bünyatovun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsindən həmin Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub və ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 14 noyabr 2023-cü il tarixdə gecə saat 01 radələrində paytaxt ərazisində baş verib. Belə ki, həmin vaxt zərərçəkmiş S.S. (adı, soyadı şərtidir - red.) İ.Bünyatova yaxınlaşaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib. Təqsirləndirilən şəxs bu təklifi bəhanə gətirərək üzərində olan cib bıçağını çıxarıb və xuliqanlıq niyyəti ilə S.S.-in bədən nahiyəsindən bir dəfə zərbə endirərək ona xəsarət yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Bünyatov 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməmişdi.
Oxşar xəbərlər
Aeroport yolunda DƏHŞƏT - 2 nəfəri VURDU
Ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Aeroport şosesində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS xəbər...