"Gazelli"dən baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA (VİDEO)

20
sen
2017
12:00
"Ötən gün saat 15:00 radələrində Gazelli Group şirkətinə məxsus dəftərxana məhsullarının saxlanıldığı anbarların birində yanğın baş verib. Hadisə baş verdiyi zaman şirkətin bütün əməkdaşları dərhal təxliyyə edilib, əraziyə Fövqəladə Hallar Nazirliinin Yanğın Söndürmə Xidmətinin əməkdaşları cəlb edilib. Təxminən bir saat ərzində yanğın tamamı ilə söndürülüb". Bunu BAKU.WS-ə açıqlamasında Gazelli Group şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Yelena Eyvazlı bildirib. Onun sözlərinə görə, yanğın olan anbarda çoxlu sayda kağızlar, broşurlar və digər dəftərxana məhsulları olub. "Sosial şəbəkə və bəzi KİV-lərdə anbarda kimyəvi maaddələrin olması və insanların həyatına təhlükə yaratması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Vurğulamaq istərdik ki, şirkətimizdə hər altı həftədən bir texniki baxış keçirilir. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır, nəticələr məlum olanda, ictimaiyyətə məlumat veriləcəkdir. Bir də qətiyyətlə bildirmək istərdik ki, hadisə zamanı şirkət əməkdaşlarından heç kim zərər çəkməyib və xəsarət almayıb". BAKU.WS
Oxşar xəbərlər
Bakıda "Gazelli"nin zavodunda baş verən yanğında zəhərlənənlərin sayı bilindi (VİDEO)
Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın baş verməsi nəticəsində 10 nəfər zəhərlənib. Sahiyyə Nazirliyininfən BAKU.WS-ə verilən m...
