“Anadolu” restoranında yanğın oldu
21
yan
2016
10:12
Bu gecə Bakı şəhəri, Səbail rayonunda yanğın olub. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan "Anadolu" restoranının mətbəxində qeydə alınıb. Restoran yanğından mühafizə olunub. Yanğın saat 03:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
Bakıda ər və arvad yanaraq öldü
Bakı şəhəri, Suraxanı rayonunda yanğın hadisəsi baş verib. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın çoxmənzilli...