Bakıda "Gazelli"nin zavodu yanır (YENİLƏNİB) - VİDEO

Bakıda Gazellinin zavodu yanır (YENİLƏNİB) - VİDEO
Video
Hadisə 7842
BAKU.WS “Gazelli” kosmetika zavodunda baş verən yanğınla bağlı yeni görüntülər əldə edib. ***15:46***Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın başlayıb.Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib. Hadisə ilə bağlı BAKU.WS FHN-in qaynar xətti ilə əlaqə saxlayıb. Nazirlikdən faktı təsdiq edərək bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər. Qeyd edək ki, 1999-cu ildə tibb elmləri namizədi Zərifə Həmzəyeva ilə təsis edilmiş Gazelli Group MMC Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsulları istehsal edən kompaniyadır. Gazelli Group kompaniyasına: Gazelli Şüvəlan, “Sheraton” otelində yerləşən Gazelli SPA &Wellness və yeni formatlı gözəllik və sağlamlıq mərkəzi olan Gazelli Evi, Buta və Aroma kosmetik brendləri daxildir. TuncayBAKU.WS

Son xəbərlər