"Galendewagen" ilə qəza törədən sürücünün həbsdən görüntüləri - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mart ayının 29-u paytaxtın Səməd Vurğun küçəsi ilə, Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində svetoforun qırmızı işıqda hərəkət edərək yolayrıcında qəza törədən paytaxt sakini Rüfət Qocayev 30 gün müddətində inzibati qaydada həbs edilib.
BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, Binəqədi rayonunda yerləşən İnzibati Həbs olunanların saxlanma mərkəzində çəkiliş edilib. Çəkiliş zamanı Rüfət əməlindən peşman olduğunu bildirib.
Qeyd edək ki, sürücü barəsində yol polisi tərəfindən inzibati qaydada protokol tərtib olunub.
Amma videogörüntülər sosial şəbəkələrdə yayılandan sonra ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Eyni zamanda sürücünün digər əməlləri də ağırlaşdırıcı hal kimi qəbul olunub.
Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub.
Məhkəmənin qərarı ilə Rüfət Qocayev barəsində bir il sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətində inzibati həbs tədbiri seçilib.
Xatırladaq ki, qəza 29 mart, saat 12 radələrində Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisədə işıqforun qırmızı işığında aşkar şəkildə hərəkət edən 10 ZO 211 dövlət nömrə nişanlı, "Mercedes Galendewagen" markalı avtomobilin sürücüsü Qocayev Rüfət Həsənoviç Vəliyev Zaur Eldar oğlunun idarə etdiyi 90 VB 101 dövlət nömrə nişanlı, "Mercedes ML" markalı avtomobili ilə toqquşub.
Oxşar xəbərlər
Bakıda "Galendewagen"lə qırmızı işıqda keçib qəza törədən boksçu həbs olundu- VİDEO
Martın 29-da Bakının mərkəzində avtoşluq edib işıqforun qırmızı işığında keçərkən qəza törədən 90 ZO 211 nömrəli "Galendewagen" markalı avtomobilin sürücüsü həb...