Fırtına Bakıda dayanacağı dağıtdı - FOTO

17
yan
2019
11:01
Ötən gecədən paytaxt Bakıda güclənən küləyin fəsadları artıq hiss olunmağa başlayıb.BAKU.WS modern.az-a istinadən xəbər verir ki, paytaxtın bəzi hissəsələrində küləyin təsiri ilə reklam lövhələri, plakatlar aşıb, hətta dayanacaqlar istifadəsiz hala düşüb.Bakının Yasamal rayonu ərazisində Hüseyn Cavid prospektində çəkdiyimiz görüntülərdən aydın olur ki, güclü külək bu istiqamətdə yerləşən dayanacaqlardan birini tamamilə uçurub. Dayanacaq sakinlər üçün təhlükə yaradıb.Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 17-si və 18-i ölkə ərazisində havanın pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Bununla əlaqədar bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.BAKU.WS


Oxşar xəbərlər
Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dünəndən bəri güclü küləklə bağlı yaydığı xəbərdarlıq öz təsdiqini tapdı. Belə ki, güclü külək artıq Xırdalanda öz fəs...
