Fazil Məmmədovun ölüm xəbəri yayıldı

04
noy
2022
08:39
Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a onun ailəsindən məlumat verilib.
Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd olunub ki, sabiq nazir ürək çatışmazlığından vəfat edib.
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. Mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.
Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Dövlət Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görür - YENİLƏNİB-1
Xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülür. BAKU.WS AP...
