Dövlət Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görür - YENİLƏNİB-1

Dövlət Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görür - YENİLƏNİB-1
Foto
Hadisə 447

Xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülür.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, cənazənin nə vaxt gətiriləcəyi, nə vaxt və harada dəfn olunacağı hələlik məlum deyil.

***16.40

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda deyilir:

“Moskvadan çox pis xəbər aldıq... Uzun sürən xəstəlikdən sonra Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə dünyasını dəyişib. Əlvida, ustad! Əlvida, kinomuzun ən böyük dostu! Əlvida, əziz həmkar!”

***16.33

Kinorejissor Rüstəm İbrahimbəyov vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə kinorejissor Tahir Tahiroviç "Facebook" səhifəsində yazıb.

O, dünən axşam Moskvada dünyasını dəyişib.

Son xəbərlər