Faciəli şəkildə ölən Şövqiyyənin 6 ay əvvəl toyu olubmuş

06
may
2025
08:37
Bir neçə gün əvvəl Bakının Suraxanı rayonunda 19 yaşlı Şövqiyyə Baxşıyeva faciəli şəkildə ölüb.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, dəm qazından həyatını itirən gənc qadın Astara rayonunda dəfn olunub.
Mərhum 6 ay əvvəl ailə həyatı qurmuşdu.
Xatırladaq ki, hadisə mayın 1-i, paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2006-cı il təvəllüdlü Ş.Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Onun meyiti gecə saatlarında ailə üzvləri tərəfindən aşkar edilib.
Gallery
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "aeroport...
