"Şeyx Xəmzət" Azərbaycana buraxılmadı
17
avq
2018
16:39
Çeçen əsilli kriminal avtoritet Xəmzət Qastəmirov Azərbaycana buraxılmayıb.BAKU.WS “yenicag.az”a istinadən xəbər verir ki, “qanuni oğru”nu hava limanından geri göndərilib.Hüquq-mühafizə orqanının əməkdaşları mədəni şəkildə Qastəmirova Azərbaycana giriş edə bilməyəcəyini izah ediblər.Bu səbəbdən təxminən 20 nəfərlik heyətlə Azərbaycana giriş etmək istəyən Qastəmirov İstanbula yollanıb.Etibarlı mənbə bildirir ki, o, səfər çərçivəsində 2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin məzarını ziyarət edəcəkdi.Qeyd edək ki, “Şeyx Xəmzət” Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.BAKU.WS
Oxşar xəbərlər
Məhkəmədən azərbaycanlı "qanuni oğru" ilə bağlı – YENİ QƏRAR
Moskva şəhər məhkəməsi azərbaycanlı “qanuni oğru” “Hacı Beyləqanski” ləqəbi ilə tanınan Hacıbaba Talıbxanlının vəkilinin vəsatətini rədd edib.BAKU.WS “yenicag”a...