Evində psixotrop maddə gizlədən keçmiş məhkum saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evində narkotik vasitə və psixotrop maddə gizlədən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nişad Musayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, onun şəhər ərazisindəki yaşadığı ünvana baxış keçirilərkən oradan satış məqsədilə saxladığı heroin, tiryək, qurudulmuş marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Nişad Musayev barəsində həbs qətimkan tədbiri seçilib.
Qalereya
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...