Əvəcük kəndində ev yanıb

Əvəcük kəndində ev yanıb
Hadisə 173

Qusar rayonunun Əvəcük kəndində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 3 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 132 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər