Etimad İsmayılovun qətlinin təfsilatı - VIDEO

Etimad İsmayılovun qətlinin təfsilatı - VIDEO
Hadisə 7234
Azərbaycanlı iş adamı Etimad İsmayılovun Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülməsi dünən gecədən həm Türkiyə, həm də Azərbaycan mediasında əsas xəbərdir. Artıq ilkin təfərrütlar da bəllidir. Başından 2, ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Mərhumu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirovadlı şəxs İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub. Etimad İsmayılovun meyiti isə morqa yerləşdirilib. Onun cənazəsi Yenibosnada yerləşən morqa göndərilib.Etimad İsmayılov “Ədalət” Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi. O, eyni zamanda, tanınmış jurnalist, Türkiyənin “Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanın həyat yoldaşıdır.Məlumatlara görə, polis əvvəlcə Etimad İsmayılovun qətlində şübhəli bilinən Gözəl Dəmirovun Beşiktaş ərazisində tərk edilmiş avtomobilini tapıb, daha sonra özünü saxlayıb. Bununla bağlı əldə edilən video görüntülər də artıq mediada yayılıb. Görüntülərdə Gözəl Dəmirov ilə yanaşı daha bir nəfərin də həbs edildiyi görünür. Bu isə cinayətin iki nəfər tərəfindən işlənilmə ehtimalını artırır.Onu da qeyd edək ki, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbaxça” klubunun sabiq prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur. Bəzi məlumatlara görə, o, Türkiyənin müdafiə sənayesi sektorunda yatırımlara malikdir. Eyni zamanda Etimad İsmayılovun iş adamı kimi bu sahədə fəaliyyət göstərdiyi deyilir. Dəmirov həmçinin “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovla yaxın münasibətləti olduğu söylənilir. Hətta mətbuatda yayılan xəbərlərə görə, o, Mənsimova silah gəzdirmək üçün icazə vərəqəsi alıbmış, lakin həmin həmən sənəd saxta çıxdığı üçün milyarder iş adamı polis tərəfindən saxlanıbmış. Sonuncu dəfə G. Dəmirovun adı Türkiyədə tanınmış iş adamı Yaşar Sönmezin qızının toyunda iştirakı zamanı gündəmə gəlmişdi.
Dəmirov haqqında iddialardan biri də bir sıra qanunsuz işlərə girişdiyi üçün onun Elçibəy hakimiyyəti zamanında ölkədən qaçması ilə bağlıdır.AzNews.az qətl hadisəsindən sonra Türkiyədə yaşayan politoloq Toğrul İsmayılla əlaqə saxlayıb. O, bildirib ki, Türkiyə rəhbərliyi Etimad İsmayılovun qətli barədə məlumatlıdır. Məlumatsız qalması da mümkün deyil, çünki bütün Türkiyə mediasında əsas xəbərlərdən biri məhz bu olayla bağlıdır. O, Etimad İsmayılovun həyat yoldaşı Sevil Nuriyevanın Türkiyədə nüfuzlu jurnalist olmasına da diqqət çəkib.Toğrul İsmayılın sözlərinə görə, hazırda cənazənin Bakıya aparılması üçün hazırlıq aparılır: “Sevil xanımı Türkiyə prezidenti Ərdoğan şəxsən tanıyır. Baş vermiş hadisədən prezident dərhal xəbər tutub və bu məsələni xüsusi nəzarətə götürüb, müvafiq tapşırıqlar verib.“Qafqazinfo” isə mərhumun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva ilə əlaqə saxlayıb. “Mən indi heç bir şey bilmirəm. Bu haqda danışmağa da gücüm yoxdur”- deyə, o bildirib. Göz yaşlarını saxlaya bilməyən S. Nuriyeva hislərini belə ifadə edib: “Elə bil dünya yıxılıb altında qalmışam”.Modern.az saytı isə mərhumun atası İlyas İsmayılovla əlaqə saxlayıb. O açıqlamasında xəbərin şokundan heç nə düşünə bilmədiyini deyib: “Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır. Xəbərin ağırlığından çox sarsılmışam. Axırıncı dəfə 3-4 gün bundan qabaq telefon danışığımız olub. Xüsusi şübhələndiyimiz kimsə də olmayıb. Başqa nəsə danışa bilmirəm. Sadəcə, Etimadın öldürülməsi mənə pis təsir edib. Heç nə düşünə bilmirəm”.İlyas İsmayılov qısa olaraq qatilin oğluna borcu olduğunu bildirib: “Etimadın kiminləsə problemi olmayıb. O, iş adamı olub və həmin qatilin də ona borcu olub”.Xatırladaq ki, Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.Qeyd edək ki, Türkiyə mediası da qətl hadisəsini ciddi şəkildə diqqətdə saxlayır. Türkiyə mətbuatı qətl barədə yazır ki, E.İsmayılov Bakırköy, Floriya ərazisindəki ofisinə gəldikdən sonra keçmiş polis rəisi Gözəl Dəmirovla üz-üzə gəlib. İki şəxs arasındakı mübahisənin yaranma səbəbi əvvəlcə məlum olmayıb. Lakin daha sonra bildirilib ki, onlar pul üstündə mübahisə ediblər. Hadisə ilə bağlı İstanbul polis şöbəsinə aid olan Mütəşəkkil cinayətlərlə mübarizə, Təhlükəsizlik və Bakırköy polis şöbələri araşdırma aparmağa başlayıb. Dəmirovun Etimad İsmayılova başından və ürəyindən güllə yarası ilə xəsarət yetirdiyi qeyd olunub. Dəmirov olay yerindən qaçıb, İsmayılov isə aparıldığı xəstəxanada keçinib.Türkiyənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti AzNews.az saytının əməkdaşının olayla bağlı sorğusunu cavablandırmaqdan imtina edib.Türkiyənin “Takvim” qəzeti yazır ki, əvvəlcədən axtarışa verildiyi üçün Azərbaycandan Türkiyəyə qaçmış polis rəisi G. Dəmirov təhqiqat nəticəsində üç saat ərzində Beşiktaşda yaxalanıb.“Milliyet” qəzeti isə xəbər verir ki, iş adamı Etimad İsmayılovun meyiti gecə saat 4 radələrində xəstəxananın morqundan Yenibosniya məhkəmə tibbi-ekspertiza şöbəsinə gətirilib.BAKU.WS

Son xəbərlər