Ermənistan ordusuna ağır zərbə vurduq

Ermənistan ordusuna ağır zərbə vurduq
Hadisə 1577

 

Ermənistan ordusu daha iki itki verib. 

BAKU.WS-in məlumatına görə, təmas xəttinin cənub istiqamətində, 12 noyabr tarixində iki erməni əsgər ölüb. Vaqe Vardqesoviçu Vanoyan (1995-ci il) və Mikayel Arakelə Torosyan (1996-cı il) güllə yarasından ölüb. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi cəbhə ilə bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Novruzlu, Mərzili, Qaraqaşlı, Şuraabad, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib.

 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Erməni silahlıları susduruldu

Erməni silahlıları susduruldu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 99 dəfə pozub. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən mə...

2116 Hadisə 10:36 11 noyabr 2015

Son xəbərlər