Ermənilər Vahid Mustafayevə atəş açdılar (VİDEO)
ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi muxbiri Vahid Mustafayev Goranboy rayonu Tapqaraqoyunlu kəndindən son məlumatları çatdırıb. Bildirib ki, onun hazırda dayandığı yer - təmas xəttində sonuncu binadır. Bura Ermənistan mövqe xəttinə çox yaxındır.
BAKU.WS-in məlumatına görə, Vahid Mustafayev bildirib ki, Azərbaycan tərəfinin atəşkəs elan etməsinə baxmayaraq, ermənilər səhər saat 06:00-dan başlayaraq atəşi yenidən bərpa edib. Onlar müxtəlif çaplı artilleriya qurğularından, haubitsa və toplardan istifadə edərək Tapqaraqoyunlu kəndini atəşə tutub. Elə çəkiliş aparılan zaman da erməni silahlı qüvvləri növbəti dəfə atəş açıblar. Jurnalistlərin çəkiliş apardığını görən ermənilər onları da hədəfə alıblar.
Bütün bunlara baxmayaraq kənd camaatı yaşayış yerlərini tərk etməyib, həyatlarına davam edirlər. Kənd sakini Elşən Nəsibovun sözlərinə görə, axşamdan başlayan atışma səhərə daha da güclənib. "Dünən atəşkəs elan ediləndən sonra ordumuz 3 saat ərzində atəş açmadı. Lakin ermənilərin durmadan mövqelərimizi atəşə tutmasından sonra ordumuz düşmənə layiqli cavabı verib”-deyə Elşən Nəsibov bildirib.
V.Mustafayev ermənilərin atdığı mərmilərin düşdüyü yerləri də nümayiş etdirib. "Onların minatanlardan atdığı mərmilər bir növ köhnə və yararsızdır. Bu mərminin artılan zaman 4 ədəd pərəsinin açılması lazımdır. Lakin gördüyünüz bu mərmidə açılan pərələrin sayı ikidir. Bu o deməkdir ki, onların istifadə etdiyi avadanlıq çox köhnədir” - deyə telerepartyor əlavə edib.
Cəbhə xəttində gərginlik aprelin 2-nə keçən gecədən başlayıb. Bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Ermənilərin onlarla texnikası, çox sayda canlı qüvvəsi məhv edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Azərbaycan 15 şəhid verib.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər Ağdərəni belə boşaldırlar (VİDEO)
Cəbhədə gərgin vəziyyət hələ də qalmaqdadır. BAKU.WS-in məlumatına görə, "Azadlıq Radiosunun" erməni bürosu bildirir ki, artıq Ağdərədə bütün kəndlər boşaldıl...