Erməni qız maşınını azərbaycanlının üstünə sürdü (VIDEO)

Erməni qız maşınını azərbaycanlının üstünə sürdü (VIDEO)
Hadisə 3215

 

Erməni lobbisinin Vaşinqtonda Azərbaycan səfirliyi qarşısında keçirdiyi aksiyanın sonunda aqressiv erməni qız maşınını azərbaycanlıların üstünə sürdü. 

BAKU.WS-in məlumatına görə, hadisənin kadrlarını ANS-in kamerası lentə alıb. 

Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) erməni lobbisinin bir qrup üzvü Azərbaycanın Vaşinqtondakı səfirliyi qaşrısında toplaşaraq etiraz aksiyası keçirməyə çalışıb. Okeanın o tayındakı ermənilər də  Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən insidentləri və 3 günlük müharibənin başlama səbəbini Bakının ayağına yazmağa çalışıblar. Lakin Birləşmiş Ştatlarda yaşayan həmyerlilərimiz ermənilərin bu cəhdini uğursuzluğa düçar ediblər. 

Amerika Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçiləri Bədir Məmmədli, Yusif Babanlı və Adil Bağırovun rəhbərlik etdiyi cavab məqsədli etiraz aksiyasında Ermənistanın yalanını ortaya çıxaran faktlar sərgilənib. Ermənistan ordusunun cəbhə xəttində mülki insanları və azyaşlıları öldürməsini əks etdirən fotoşəkillər nümayiş olunub.

Ermənilər kimliklərini burada da gizlədə bilməyiblər. Aksiyanın sonunda qəddar bəyanatlar səsləndirən erməni etirazçılardan biri davranışı ilə özlərini bir daha nümayiş etdirib. O, idarə etdiyi avtomabili  qəzəblə azərbaycanlıların üstünə sürərək qorxutmaq istəyib. Lakin hadisələr tam başqa yöndə cərəyan etdi.

Aksiyanı müşahidə edən polis qəzanın necə baş verdiyini gördü və həmin erməni qızını saxladı. Buna baxmayaraq qəzəbənmiş erməni qızı kameramıza hücum çəkməkdən özünü saxlaya bilmədi. 

Azərbaycan səfirliyinin qarşısına sevinərək gələn ermənilər kədərlə geri döndülər.

BAKU.WS

Son xəbərlər